XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
19 Dekabr, 2022
Muzeyin əməkdaşı beynəlxalq konfransda məruzə ilə çıxış edib

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin 100 illiyi ilə əlaqədar “Azərbaycan şərqşünaslığı Şərq-Qərb elmi-mədəni və ictimai-siyasi dialoqu kontekstində” (“Azerbaijani oriental studies in the context of East-West scientific-cultural and socio-political dialogue”) adlı beynəlxalq elmi konfrans keçirilib.  Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Pakistan, İraq, Polşa və s. ölkələrdən tanınmış alimlərin qatıldığı konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, t.e.d. Nərgiz Əliyeva "Orta əsr mənbələrinin öyrənilməsində Azərbaycan şərqşünaslarının roluna dair" adlı məruzə ilə çıxış edib. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb və verilən suallar ətraflı cavablandırılıb.

Konfransa təqdim olunan tezislər nəşr edilib.