Bu gün Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, "Azərbaycanın Milli Qəhrəmanı" Çingiz Qurbanovun ölümündən 6 il ötür.
Çingiz Salman oğlu Qurbanov 24 noyabr 1994-cü il Qusar rayonunun Həzrə kəndində anadan olub. 2001-2012-ci illərdə Həzrə kənd tam orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Texniki Universitetinin Xüsusi texnika və texnologiya fakültəsinə daxil olub.
Çingiz Qurbanov 2016-cı ildə həqiqi hərbi xidmətə çağrılıb. O, 29 dekabr 2016-cı ildə Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən, qəhrəmancasına şəhid olub. Çingiz Qurbanov sərrast atəşlə 4 erməni döyüşçüsünü məhv edib. Nəticədə Çingiz Qurbanovun nəşi 39 gün erməni tərəfdə qalıb. 2017-ci il fevralın 5-də Çingiz Qurbanovun nəşi Azərbaycan tərəfə təhvil verilib və Qusar şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
2017-ci il fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Çingiz Salman oğlu Qurbanov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Şəhid Çingiz Qurbanova məxsus təqdim etdiyimiz dəyərli materiallar (qısaqol hərbi səhra köynək, pul qabı, qol saatı, hərbi xidmətə çağırış vərəqəsi, ailəsinin Prezident İlham Əliyevlə görüşünün fotoşəkli, “Çingiz dastanı” adlı kitab və onun haqqında buklet) Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda qorunur.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.