Bu gün Milli Azərbaycan Tarixi Muzeyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı tədbiri açaraq, muzey ictimaiyyətini qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov muzeyin bir qrup əməkdaşlarına üzərinə düşən vəzifələri keyfiyyətlə, uğurla yerinə yetirdiklərinə görə Fəxri fərman və Təşəkkürnamə təqdim edib.
Tədbirin sonunda muzeyin Həmkarlar təşkilatının sədri İnarə Muradəliyeva və təşkilat üzvləri muzey əməkdaşlarını təbrik edərək, hədiyyələr təqdim ediblər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.