Milli Azərbaycan Tarixi Muzeyinin zəngin silah kolleksiyasında odlu silah təhcizatlarından sayılan barıtqabıları xüsusi yer tutur. XIV- XV əsrlərdə ilk odlu silahların, tapança və tüfənglərin istifadəsi ilə paralel meydana çıxmış barıtqabıları barıtın saxlanılması üçün istifadə edilirdi. Çiyindən və ya kəmərdən asılan müxtəlif forma və ölçülü barıtqabıları silahla bərabər təkmilləşmə yolu keçmiş, günümüzdə nəfis sənət əsərlərinə çevrilmişlər.
Muzeyin Silahlar və bayraqlar fondunda qorunan barıtqabı kolleksiyasındakı nümunələr, əsasən sümük, buynuz, dəri, ağac, parça, metaldan hazırlanıb. Bu nümunələr içərisində buynuz formalı, dəstəkli barıtqabıları üstünlük təşkil edir. Təbii quruluşuna görə bu cür barıtqabıları dar ağızlıdır. İstifadə zamanı kiçik dənəvər barıt odlu silahın lülə hissəsinə dəstəyi sıxmaqla tökülürdü və əlverişli tərəfi hər sıxılmada lazımi miqdarda barıtın tökülməsi idi.
Təqdim etdiyimiz XIX əsrə aid barıtqabı buynuzdan hazırlanmış, yaşılımtıl qəhvəyi boyalı, dar ağızlı, qapaq yeri sümükdəndir. Barıtqabının ağzını tutan dəstəkli metal hissəsi gövdəsinə uyğun hazırlanmış, asılması üçün iki halqa bərkidilmişdir. Metal lövhənin və sümük üzərində nəbati naxışlı qızılı işləmələri var. Bu tipdə olan barıtqabılar XVIII-XIX əsrlərdə daha çox Azərbaycan və İranda geniş istifadə olunub.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.