Milli Azərbaycan Tarixi Muzeyinin çoxsaylı arxeoloji kolleksiyasında çoxtəbəqəli Azıx paleolit düşərgəsinin bütün təbəqələrində tapılmış daş məmulatı qorunur. Bunların arasında 1974-cü ildə mərhum arxeoloq Məmmədəli Hüseynovun rəhbərlik etdiyi Paleolit arxeoloji ekspedisiyasının Azıx mağarasının VIII təbəqəsində aşkar etdiyi 3 ədəd 4-5 kq ağırlığında nəhəng daş alətlər diqqəti daha çox cəlb edir. Bu cür alətlər şərti olaraq giqantolit (yəni çox böyük daş) və ya çoppinq-giqantolit adlandırılır. Hazırda bu daşlardan biri muzeyin arxeologiya fondunda mühafizə olunur.
Azıx düşərgəsinin ən aşağı təbəqələrindən tapılmış çoppinq tipli bu maraqlı və nadir əmək aləti mağara sakinlərinin iki əllə yaxşı tutub istifadə etdikləri ilk alətlərdəndir.
Eksponat tezliklə muzeyin yeni ekspozisiyasında nümayiş olunacaq.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.