Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günündən 35 il ötür.
Mübariz Ağakərim oğlu İbrahimov 7 fevral 1988-ci il Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-2005-ci illərdə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində təhsil alıb. 2005-ci ildə hərbi xidmətə çağırılmış, xidmətinə Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə başlamışdır. Xidməti zamanı çavuş rütbəsi almış və xidmətini 2007-ci ildə bitirmişdir. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında öz arzusu ilə yenidən hərbi xidmətə yollanmış və gizir kimi xidmətə başlamışdır.
18 iyun 2010-cu il tarixində Mübariz İbrahimov göstərdiyi igidlik nəticəsində düşmənin çoxlu sayda əsgər və zabitini məhv etmiş, 19 iyun 2010-cu il tarixində qəhrəmancasına şəhid olmuşdur.
Mübariz İbrahimov 2-ci Fəxri Xiyabanda dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli Fərmanı ilə Mübariz İbrahimov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Muzeyin Hədiyyələr və xatirə əşyaları fondunda uşaq yaşlarından idmanın boks növü ilə məşğul olmuş Mübariz İbrahimovun istifadə etdiyi boks əlcəkləri və qum torbası, Sənədli mənbələr fondunda isə onun xüsusi taktiki hazırlıq qeyd dəftəri, “Əsgərlik həyatı” adlı dəftərçəsi, iki ədəd fotoşəkilləri qorunur.
Muzeydə Milli Qəhrəmanlarımızın materiallarının qorunub saxlanması, nümayiş olunması gənc nəsildə vətənpərvərlik duyğularının gücləndirilməsi baxımından əhəmiyyətlidir və bu ideyalar daim təbliğ olunur.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.