Mədəni irsin qorunması, təbliği və turizm infrastrukturunun inkişaf etdirilməsi ilə əlaqədar Basqal Dövlət Tarix-Mədəniyyət qoruğu və Basqal Qəsəbə Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Basqalda “Muzeylərdə ekskursiya işinin təşkili” adlı təlim keçirilib. Təlimin məqsədi muzey bələdçilərinin nəzəri və praktik biliklərini artırmaqdan ibarət olub.
Təlimdə Basqal Mədəniyyət Evinin, Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun, "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun, “Diri Baba Türbəsi” memarlıq abidəsinin əməkdaşları ilə yanaşı, Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun üzvləri də iştirak ediblər.
Təlim muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin elmi işçisi Sahibə Ələkbərova tərəfindən aparılıb. S.Ələkbərova muzeylərdə elmi-kütləvi işin əsas hissəsini təşkil edən ekskursiyanın mövcud nöqsan və çatışmazlıqları, bələdçilərin nəzəri və praktik bilik səviyyəsi barədə iştirakçılara ətraflı məlumat verib.
Təlimin yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb. Sonda iştirakçılara sertifikat təqdim edilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.