XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
09 Fevral, 2023
Muzeyin əməkdaşı beynəlxalq təlimdə iştirak edib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Avropa Komissiyasının “Horizon Avropa” Proqramı üzrə layihə təkliflərinin yazılmasına dair üçgünlük təlim keçirilib.

Təlimdə Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, t.ü.f.d. Sevinc Nəsirova iştirak edib.

Düşərgə Avropa Komissiyası (AK) və AMEA tərəfindən Azərbaycan tədqiqatçılarının, dövlət və özəl sektorlardan olan mütəxəssislərin “Horizon Avropa” Proqramında uğurlu iştirakının təmin edilməsi məqsədilə təşkil edilib. Təlim Avstriyadan olan ekspert Qorazd Veis (Gorazd Weiss) və italiyalı ekspert Bruno Mourenza (Bruno Mourenza) tərəfindən aparılıb. 

Təlimlər Avropa İttifaqı tərəfindən dəstəklənir. “Horizon Avropa” Proqramının 2023-2024-cü illər üçün iş proqramı, çağırışların müəyyənləşdirilməsi, layihə təkliflərinin yazılma qaydası, qiymətləndirmə kriteriyaları barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb, nəzəri və praktik dərslər keçirilib, uğurlu təcrübə təqdim edilib. Daha sonra müəyyən edilmiş mövzular üzrə qrup işləri icra edilib. 

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.