Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılığı ilə həmin universitetdə “Xocalı Dosyesi” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Universitetin tələbələri I Qarabağ müharibəsi dövründə Ermənistan və Azərbaycanda hakimiyyətdə olan şəxs və ideoloqların siyasi əqidələri, sitatları, qəzet çıxarışları və slaydların müşayiəti ilə çıxış ediblər. Daha sonra Xocalıdakı cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilməsi məqsədilə iştirakçıların hər biri “Kimdir müqəssir?” sualına yazılı olaraq, cavab veriblər.
Sonda muzeyin dəvəti ilə tədbirə qatılmış Xocalı soyqırımı şahidi, Xocalı şəhər 2 saylı orta məktəbin tarix müəllimi Səbuhi Əbdülov, muzeyin “Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi” şöbəsinin elmi işçisi Ləman Musayeva və ADPU-nun Ümumi Tarix və Tarixin Tədrisi Texnologiyası kafedrasının müdiri t.e.d. Sevinc Əliyeva çıxış edərək, sülh və insanlıq əleyhinə törədilmiş Xocalı faciəsinə Beynəlxalq hüquqi qiymətin verilməsi üçün hər kəsin “Xocalıya ədalət” kompaniyasına qoşulmasının zərurətini bildirdilər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.