Martın 3-də Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı şura üzvlərini gündəlikdə duran məsələ ilə bağlı məlumatlandırdı. Elmi Şura üzvləri ilə yanaşı, fond müdirlərinin, elmi işçilərin iştirak etdiyi iclasda Milli Azərbaycan Tarixi Muzeyinin XIX-XXI əsrlər dövrünü əhatə edən yeni ekspozisiyasının mövzu-ekspozisiya planı müzakirə olundu. İclas iştirakçıları planın müxtəlif hissələri ilə bağlı fikirlərini səsləndirdilər, yeni ekspozisiyanın təkmilləşdirilməsi məqsədilə təkliflərini bildirdilər.
Müzakirələrin yekununda akademik Nailə Vəlixanlı şöbə və fondlara müvafiq tapşırıq və tövsiyələrini verdi.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.