XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
09 Mart, 2023
Muzey əməkdaşları beynəlxalq elmi konfransda məruzə ilə çıxış ediblər

AMEA Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” adlı  beynəlxalq elmi konfrans keçirilib. Konfransa Azərbaycan, Qazaxıstan, Misir, Mərakeş, İraq, Livan, Malayziya, Çin, Ukrayna, Rusiya və Belarusdan ümumilikdə 170-ə yaxın alim qatılıb.

Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin tədqiqi və təqdimi şöbəsinin əməkdaşı, t.ü.f.d., dosent Əli Fərhadov “XX əsrin I yarısında Cənubi Azərbaycanda qadın məsələsi (“Azərbaycan” qəzetinin materialları əsasında)”, həmin şöbənin əməkdaşları- elmi işçi Ləman Musayeva “Azərbaycanın ilk qadın bioloq akademiki Validə xanım Tutayuq (MATM materialları əsasında)”, kiçik elmi işçi Zülfiyyə Cəlilova “Nazlı Nəcəfovanın (Tahirova) Naxçıvanda qadın təhsilinin inkişafinda rolu”, Numizmatika fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova “Azərbaycanın qadın hökmdarları (orta əsrlərə dair numizmatik faktlar əsasında)”, Arxeologiya elmi fond şöbəsinin əməkdaşı, t.ü.f.d. Aida İsmayılova “Tarixdə qadın: dünən və bu gün” mövzusunda məruzələrlə çıxış ediblər. 

Məruzələr iştirakçılar tərəfindən maraqla dinlənilib, verilmiş suallar ətraflı cavablandırılıb.