XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
10 Mart, 2023
Muzeyin əməkdaşı beynəlxalq konfransda məruzə ilə çıxış edib

Türkiyənin Konya şəhərində Səlcuq Universiteti və IKSAD İnstitutu tərəfindən təşkil olunmuş Beynəlxalq Maliyyə və Vergi Konfransında muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı, t.ü.f.d., dos. Əli Fərhadov "Pəhləvilər dövründə işçi hüquqları məsələsinə dair ("Azərbaycan" qəzetinin materialları əsasında)" adlı məruzə ilə çıxış edib (onlayn). Məruzədə Qərb imperializmi tərəfindən dəstəklənən Pəhləvi şahlarının diktatura siyasətinin zəhmətkeş xalqının, o cümlədən fəhlə və kəndlilərin həyatına böyük zərbə vurduğu, buna qarşı işçilərin təşkilatlanaraq öz hüquqları uğrunda mübarizə apardıqları göstərilib.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar ətraflı cavablandırılıb.

Məruzələrin nəşr edilməsi nəzərdə tutulub.