16 mart 2023-cü il tarixində Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbdə keçirilmiş "Novruz mühazirəsi" adlı tədbirdə “Hacı Zeynalabdin Tağıyevin milli miqyası" mövzusunda mühazirə ilə çıxış edib. Fərhad Cabbarov çıxışında məşhur xeyriyyəçi H.Z.Tağıyevi zənginliyə aparan yoldan, milli təhsilimizin inkişafında Tağıyev nümunəsindən danışıb, Tağıyevin qızlar məktəbini onun şah əsəri adlandırıb, həmçinin, məktəbin milli təhsil tariximizdəki rolundan söz açıb. Mühazirə iştirakçılar tərəfindən maraqla dinlənilib.
Tədbir iştirakçıları məktəbin həyətindəki H.Z.Tağıyevin büstünü ziyarət edib, önünə gül dəstələri qoydular. Eyni zamanda məktəbin həyətində dəfn olunmuş iki türk əsgərinin məzarına və məktəbin şəhid məzunlarının xatirə lövhəsinin qarşısına güllər düzülüb.
Sonda tədbir iştirakçıları H.Z.Tağıyevin xatirə muzeyini ziyarət ediblər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.