XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
28 Mart, 2023
Muzey əməkdaşlarının məqalələri Saratov Dövlət Universitetinin saytında yerləşdirilib

3-16 mart 2023-cü il tarixlərində N.Q.Çernışevski adına Saratov Dövlət Universitetinin təşkilatçılığı ilə “Müasir dünyada təhsil” XVI Beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları- Arxeologiya elmi-fond şöbəsinin elmi işçisi, t.ü.f.d. Emin Məmmədov “Gənc nəslin təhsil və tərbiyəsində Milli Azərbaycan Tarixi Muzeyinin əhəmiyyəti” (Значение Национального Музея Истории Азербайджана в образовании и воспитании молодого поколения) və Numizmatika fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova “2018-ci ildə Bərdədə aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanan mis sikkələr tədris obyekti kimi” (Медные монеты, выявленные в Барде в результате археораскопок 2018-го года, как объект преподавания) mövzusunda məruzələr etmiş (onlayn) və sertifikata layiq görülmüşlər.

Tədqiqatçı-alimlərin məqalələri ilə yuxarıdakı linklərə keçid edərək, tanış ola bilərsiniz.