İsrailin Hayfa şəhərində Elm və Texnologiyada Avropa Əməkdaşlığı inisiativinin dəstəyi ilə Avropa ölkələrini əhatə edən “İNEAL-Neandertal İrsinin İnteqrasiyası: Keçmişdən bugünə” adlanan layihə çərçivəsində beynəlxalq elmi seminar keçirilib. Seminarda İsrail, Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Montenegro, Xorvatiya, Yunanıstan, Polşa, Böyük Britaniyadan olan gənc alimlərlə yanaşı, Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin kiçik elmi işçisi Aslan Qasımov iştirak edib.
Sözügedən layihə Paleolit dövrü insanlarının fəaliyyətini araşdıran arxeoloqları bir araya gətirir. Məqsəd əldə edilən elmi yeniliklərin paylaşılması və neandertal insanlarının yayıldığı ərazilərinin vahid xəritəsinin yaradılmasıdır. Məlumdur ki, ölkəmizdə müxtəlif insan növlərinin fəaliyyət izləri aşkar olunmuşdur. Həmçinin, qədim homininlərə aid olunan və Azıx mağarasından aşkar edilən çənə sümüyü də Azərbaycanın ilk insan məskənlərindən olduğunun göstəricisidir.
Seminar 3 gün davam edib.