31 mart 2023-cü il tarixində saat 11-də Milli Azərbaycan Tarixi Muzeyində I Qarabağ müharibəsi şəhidi Rövşən Camalovun 50 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə ilk dəfə olaraq, Rövşən Camalovun həyat və döyüş yolunu əks etdirən film təqdim olunacaq.
Qeyd edək ki, hərbi əməliyyatlar zamanı qəhrəmanlıq göstərərək, şəhid olmuş Rövşən Camalov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Tədbir zamanı qonaqlar muzeyin Sənədli mənbələr fondunda qorunan, Rövşən Camalova məxsus materiallar ilə tanış olacaqlar.
17 sentyabr 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.