Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı M.Rahim adına 7 nömrəli tam orta məktəbdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar "Tariximizin qanlı səhifəsi – 1918-ci il Mart soyqırımı" adlı mühazirə deyib.
Q.Qafarlı şagirdlərə 1918-ci ildə həyata keçirilən soyqırımın necə baş verdiyi və onun səbəbləri haqqında ətraflı məlumat verib, ermənilərin azərbaycanlılara qarşı əsrlərboyu törətdikləri vandalizmin miqyası və dəhşətləri haqqında danışıb. Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən hər il 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edildiyini diqqətə çatdıran mühazirəçi bu məqsədlə təşkil edilən tədbirlərin tarixi həqiqətlərin gənc nəsillərə çatdırılmasının əhəmiyyətindən bəhs edib.
Tədbirdə erməni vəhşiliklərini sübut edən fotoşəkillərdən ibarət fotoslayd nümayiş olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.