Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ümumi tarix və TTT kafedrasının və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə "Şərqi-rus" qəzetinin 120 illiyinə həsr olunmuş elmi seminar keçirilib. Tədbiri ADPU-nun Ümumi tarix və TTT kafedrasının müdiri t.e.d. Sevinc Əliyeva açaraq, tədbirin əhəmiyyəti barədə məlumat verib.
Tədbirdə muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri t.e.d. Nərgiz Əliyeva, əməkdaşları - t.ü.f.d., dos. Əli Fərhadov və elmi işçi Ləman Musayeva, ADPU və AMEA Şərqşünaslıq İnstitutunun müəllim və tələbə heyəti iştirak ediblər.
Əli Fərhadov elmi seminarda "M.Şahtaxtlının yaradıcılığında milli-dini məsələlər" mövzusunda məruzə ilə çıxış edib. Ə.Fərhadov fotoslayd əsasında "Şərqi-rus" qəzeti, M.Şahtaxtlının həyat və yaradıcılığı, milli, dini və dünyəvi maarifçilikdə rolu, Ə.Ağaoğlu, İ.Qaspıralı və digər ziyalılarla əlaqəsi haqqında məlumat verib. Məruzə tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.