7 aprel 2023-cü il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Rusiya Federasiyasının «Россия-Культура» (“Rusiya-Mədəniyyət”) dövlət maarifləndirici telekanalının sifarişi ilə yeni layihə çərçivəsində sənədli film çəkilişləri aparılıb. Çəkiliş muzeyin Arxeologiya fondunda qorunan Qafqaz Albaniyası ilə bağlı kolleksiyaların mövzusuna həsr olunub. Çəkiliş zamanı Arxeologiya elmi fond şöbəsinin elmi işçisi, t.ü.f.d. Emin Məmmədov əsasən alban döyüşçüsünün silah-sursat toplusu, Mingəçevir arxeoloji kompleksindən xristianlığa aid tapıntılar (VI əsrə aid məbədin daş paytaxtı, şamdan və alban yazıları olan qablar, xaçlar) və digər artefaktlarla bağlı müsahibə verib.
Çəkiliş bitdikdən sonra sözügedən sənədli filmin müəllifi və rejissoru Yevgeni Bezborodov muzey rəhbərliyinə öz minnətdarlığını bildirib.
Sonda qonaqlar məşhur xeyriyyəçi H.Z.Tağıyevin ev-muzeyini ziyarət ediblər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.