Bakı Xoreoqrafiya Akademiyasında (BXA) görkəmli publisist, naşir, pedaqoq, ictimai-siyasi xadim Ömər Faiq Nemanzadənin 150 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov Ömər Faiq Nemanzadənin həyat və fəaliyyəti haqqında ətraflı çıxış etdikdən sonra muzeyin kolleksiyası əsasında hazırlanmış Ö. F. Nemanzadənin şəxsi, ailəvi, dost, həmkar və tələbələri ilə çəkilmiş fotoalbomunu təqdim edib. Fotoalbom iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonda dəyirmi masa iştirakçılarına təşəkkürnamə təqdim olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.