İctimai-siyasi xadim, publisit, həkim, dramaturq Nəriman Nərimanovun ev-muzeyində “Nərimanov dünən, bu gün, sabah” adlı tədbir keçirilib. Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı, t.ü.f.d., dosent Əli Fərhadov çıxış edib. Ə.Fərhadov çıxışında N.Nərimanovun milli və dini maarifçilik görüşlərindən, “Tibb və islam” əsərinin aktuallığından və əhəmiyyətindən danışıb.
Sonra N.Nərimanovun “Ucqarlarda inqilabımızın tarixinə dair (İ.V.Stalinə məktub)”, “Tibb və İslam” və “Hacı Zeynalabdin Tağıyevin əlliillik məişəti və cəmaətə xidmətləri” adlı kitablarının təqdimatı keçirilib.
"Tibb və islam" əsəri Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasına hədiyyə edilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.