Məmmədov Əlfi Məhəmməd oğlu 6 may 1972-ci il tarixində Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olub. Orta təhsilini həmin kənddə aldıqdan sonra 1990-1992-ci illərdə Qazax rayonundakı “N” saylı hərbi hissədə hərbi xidmətdə olub. Əlfi Məmmədov 1992-ci ildən Milli Ordu sıralarına könüllü yazılaraq, torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə yaxından iştirak etmişdir. Kəşfiyyatçı kimi komandirləri tərəfindən daim yüksək qiymətləndirilib.
23 aprel 1993-cü ildə Əlfi Məmmədov Xocavənd rayonunun ərazisindəki Nərgiztəpə uğrunda gedən döyüşlərdə şəhid olub. Doğulduğu Salmanbəyli kəndində dəfn edilmişdir. Təhsil aldığı orta məktəb hazırda onun adını daşıyır və məktəbin qarşısında büstü yerləşir. Şəhid Əlfinin döyüş yolu haqqında “Səndən sonra…” kitabı nəşr edilmiş, qəzetlərdə müxtəlif yazılar dərc olunmuşdur.
Qeyd edək ki, şəhid Əlfi Məmmədova məxsus materiallar- hərbi biletinin surəti, hərbi xidməti və müharibə zamanı çəkilmiş fotoşəkilləri Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda mühafizə edilir.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.