Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi “Azərbaycan multikulturalizmi” adlı beynəlxalq elmi seminarda Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı, t.ü.f.d., dos. Əli Fərhadov "Qədim türk inancları və Azərbaycanda islam" mövzusunda məruzə ilə çıxış edib. Ə.Fərhadov məruzəsində qədim türklərin tək tanrı inancı, dində vəhdət və tolerantlıq, Azərbaycan ruhaniləri, sufilər və maarifçilər, xarici missionerlər haqqında geniş məlumat verib. Həmçinin, multikulturalizmin və islam həmrəyliyinin təkcə dövlət siyasəti yox, həm də Azərbaycan xalqının tarixən mövcud olmuş həyat tərzi olduğunu bildirib.
Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb. Verilən suallar ətraflı cavablandırılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.