Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə Azərbaycan İlahiyyat İnstitutunda "Heydər Əliyev və dini tolerantlıq" adlı elmi konfrans keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı, t.ü.f.d., dos. Əli Fərhadov “Cənubi Azərbaycanda xalqlar dostluğu və dini-multikultural ideyalara dair (“Azərbaycan” qəzetinin (Azərbaycan Demokratik Firqəsi) materialları əsasında)” adlı məruzə ilə çıxış edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və verilən suallar ətraflı cavablandırılıb.
Konfrans materialları nəşr olunacaq.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.