28-29 aprel tarixlərində Bakı Mühəndislik Universiteti və Dövlət Gömrük Komitəsinin Akademiyasının birgə təşkilatçıjlığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların VII Beynəlxalq Elmi konfransı keçirilir.
Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları- muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov “Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimova məxsus materiallara dair (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında), Azərbaycan tarixinin populyarlaşdırılması və ekskursiyaların təşkili şöbəsinin əməkdaşları- Sara Əhmədova “Azərbaycanda yaşayan azsaylı xalqlar və milli azlıqların tarix və mədəniyyətinin öyrənilməsində Milli Azərbaycan Tarixi Muzeyinin yeri” və Ayşən Hüseynova “İçərişəhərdə multikulturalizmin təcəssümü” adlı məruzələrlə çıxış ediblər. Məruzələr maraqla qarşılanıb və iştirakçılar sertifikatla təltif olunublar.
Konfrans materialları dərc olunacaq.