27-30 aprel 2023-cü il tarixlərində Qazaxıstanın Almatı şəhərində “Ahincanov oxumaları” adlı beynəlxalq elmi konfrans keçirilib. Konfrans Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi komitəsi, A.H.Marqulan adına Arxeologiya İnstitutu, Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi Mədəniyyət komitəsi, “Tanbalı” Dövlət Tarixi- Mədəni və Təbiət Qoruq Muzeyinin təşkilatçılığı ilə baş tutub. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aida İsmayılova “Orta əsrlər dövründə qloballaşma: Azərbaycan keramika sənətində Çin keramikasının izləri” adlı məruzə ilə çıxış edib (onlayn). Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və verilən suallar ətraflı cavablandırılıb.
Konfrans materialları dərc olunacaq.