4 may 2023-cü il tarixində muzeydə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Milli Azərbaycan Tarixi Muzeyi və Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin birgə təşkilatçılığı ilə "Ümummilli lider Heydər Əliyevin siyasi konsepsiyasında Azərbaycan gəncliyi" adlı seminar keçirilib.
Seminarda muzey əməkdaşları, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin müəllim və tələbə kollektivi, Heydər Əliyev adına Azərbaycan Hərbi İnstitutunun kursantları və KİV nümayəndələri iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi açaraq, tədbirin əhəmiyyəti və muzeydə “Heydər Əliyev İli”nə həsr edilmiş silsilə tədbirlərin keçirilməsi haqqında ətraflı məlumat verib.
Sonra BDU-nun Tarix fakültəsinin dosenti, t.ü.f.d. Arzu Xəlilzadə "Heydər Əliyev və Azərbaycanın milli təhlükəsizlik siyasəti", BDU-nun Tarix fakültəsinin müəllimləri- Anar Həmidov "Heydər Əliyevin hakimiyyəti dövründə kadr hazırlığında yeni mərhələ", Qənirə Mirzəxanlı "Heydər Əliyev və Azərbaycan gəncliyi", Sürəyya Allahverdiyeva "Heydər Əliyev və Tarix elmi" adlı məruzələrlə, BDU-nun Tarix fakültəsinin və Heydər Əliyev adına Hərbi İnstitutunun tələbələri müxtəlif mövzularda çıxış edib (azərbaycan, ingilis, rus dillərində).
Sonda iştirakçılara təşəkkürnamə və sertifikatlar təqdim olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.