Bu gün, 18 may 2023-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyi, Gənclər və İdman Nazirliyi Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı və "Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi" İctimai Birliyinin dəstəyi ilə "18 may- Beynəlxalq Muzeylər Günü”nə həsr olunmuş "Qlobal sağlamlıq və xoş rifah" şüarı altında fiziki məhdudiyyəti olan şəxslər üçün Beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarovanın iştirakı ilə şahmat seansı keçirildi.
Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı, İslam dünyasının ilk qadın şahmatçı qrossmeysteri, Azərbaycan Ailə Qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru, gənclər arasında beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Gündüz Vəliyev çıxış edərək, qeyd ediblər ki, sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirilən bu kimi tədbirlər bu təbəqədən olan şəxslərin idman bacarıqlarının üzə çıxarılması və dəstəklənməsidir. Həmçinin, tədbirdə muzey əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.
Sonra şahmat seansına keçid edildi. Seansda eyni anda 20 lövhədə müxtəlif yaş qruplarından olan şəxslər beynəlxalq qrossmeyster ilə mübarizə aparıblar.
İştirakçılar fəal oyuna görə Milli Azərbaycan Tarixi Muzeyi adından təşəkkürnamə ilə təltif olunublar.
Sonda xatirə fotosu çəkilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.