Elm və Təhsil Nazirliyinin Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları- c.ü.f.d. Şamil Əzizov və müstəqil tədqiqatçı, II dərəcəli hüquqşünas Məzahir Təhməzov Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasında olublar.
“Nadir kitablar fondunda” mühafizə olunan və yalnız tək nüsxədə qalan 1899-cu ildə Tiflisdə nəşr olunmuş, Rus tədqiqatçısı M.A.Skibitskinin “Qafqazda dövlətə məxsus yay-qış otlaqlarının təşkili və maldarlığın öyrənilməsi üçün materiallar” – (М.А Скибицкий. “Материалы для устройства казенных летних и зимних пастбищ и для изучения скотоводства на Кавказе”. Тифлис. 1899.) adlı kitabı tədqiqatçıların xüsusi marağına səbəb olub.
Qeyd edək ki, kitaba müəllif tərəfindən tarixi əhəmiyyətli Qarabağ xəritəsi də əlavə olunmuşdur. Xəritədə Qarabağın coğrafi adları olduğu kimi verilmişdir.
Sonda tədqiqatçılar yaradılmış şəraitə görə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlıya təşəkkürlərini bildiriblər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.