XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
25 May, 2023
Vətən Müharibəsi şəhidi Şəhriyar Quliyevin şəxsi əşyalarını təqdim edirik

Bu gün, 25 may Vətən Müharibəsi şəhidi Şəhriyar Quliyevin doğum günündən 33 il ötür.

Quliyev Şəhriyar Nəsib oğlu 25 may 1990-cı ildə Ağdam şəhərində anadan olub. Şəhriyar 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. Azərbaycan Ordusunun giziri olan Şəhriyar Quliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 150-ə yaxın erməni əsgər və zabitini məhv edib. Şəhriyar Quliyev oktyabrın 23-də Qubadlı döyüşləri zamanı iki hərbçi yoldaşını döyüş meydanından yaralı çıxarmış, lakin özü şəhid olmuşdur.

Şəhid Şəhriyar Quliyev Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. 

Təqdim etdiyimiz dəyərli eksponatlar- şəhid Şəhriyar Quliyevin şəxsi əşyaları (kamuflyaj rəngdə hərbi səhra geyim dəsti- kitel, şalvar, qısa qol köynək, hərbi səhra panaması, 2 ədəd fəxri fərman, 2 ədəd sertifikat, 2 ədəd medalın rəngli fotosurəti və hərbi xidməti ərzində çəkilmiş 8 ədəd müxtəlif fotoşəkillər) Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda qorunur.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, həmçinin, hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə şəhid Şəhriyar Quliyev müxtəlif adda medallar və ordenlə təltif olunub

     Təltifləri


 

  • Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı - lent.png (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
  • AZE Kharabah order rib.png (09.12.2020) — "Qarabağ" ordeni (ölümündən sonra)
  • AZ For The Fatherland medal ribbon (2nd version).png (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
  • AZ For liberation medal ribbon.png (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
  • AZ For liberation medal ribbon.png (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
  • AZ For liberation medal ribbon.png (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)