25 may 2023-cü il tarixində Ukraynada “Müharibə və müharibədən sonrakı yenidənqurma şəraitində ərzaq və ətraf mühitin təhlükəsizliyi: Ukrayna və dünya üçün çağırışlar” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib. Konfransda Azərbaycan, Ukrayna, ABŞ, Böyük Britaniya, Kanada, Polşa, Hindistan, Latviyadan elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin əməkdaşı, t.ü.f.d. Fuad Ağayev “2021-2022-ci illərdə hərbi əməliyyatlardan sonra muzeylərin bərpası: Azərbaycanın təcrübəsi” adlı məruzə ilə çıxış edib (Ukrayna dilində). F.Ağayev məruzəsində 44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə muzey işinin bərpası sahəsində Azərbaycanın təcrübəsini və ölkə prezidenti tərəfindən bu məsələyə göstərilən diqqəti xüsusi vurğulayıb. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və dərc olunmuş məqalələr toplusunda yer alıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.