25-27 may 2023-cü il tarixlərində Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində YUNESCO-nun “İnformasiya hamı üçün” Proqramı çərçivəsində və Regionlararası Kitabxana Əməkdaşlıq Mərkəzi, Qırğızıstan Milli Tarix Muzeyinin birgə təşkilatçılığı ilə “İnformasiya cəmiyyətində kitab, mütaliə və yaddaş institutları” adlı III Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib.
Konfransda Müstəqil Dövlətlər Birliyinin (MDB) 8 ölkəsinin əsas və aparıcı muzeylərinin rəhbərləri, görkəmli elm və mədəniyyət xadimləri muzeylərdə və kitabxanalarda baş verən transformasiya, rəqəmsal texnologiyalardan istifadənin uğurları və problemləri, tarixi irslə bağlı araşdırmalarını, təcrübələrini bölüşüblər.
Konfrans zamanı Muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini - baş mühafiz t.ü.f.d., dosent Məhfuzə Zeynalovanın iştirakı ilə Milli Azərbaycan Tarixi Muzeyi və Qırğızıstan Respublikasının Milli Tarix Muzeyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma uyğun olaraq, hər iki tərəf praktiki əlaqələrin genişləndirilməsi, əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin qurulması, müştərək layihələrin icra edilməsi məqsədilə qarşılıqlı əməkdaşlıq istiqamətində razılığa gəliblər.
Həmçinin, Məhfuzə Zeynalova konfransda "Milli Azərbaycan Tarixi Muzeyi müasir cəmiyyətin dəyərlər sistemində" mövzusunda məruzə etməklə yanaşı, “Yaddaş institutları rəqəmsal dünyada: yeni yanaşmalar və təcrübə” başlıqlı bölmənin iclaslarına moderatorluq etmişdir.
Konfrans Qırğızıstan Respublikasının Milli Tarix Muzeyi ilə MDB-nin 10 muzeyi arasında əməkdaşlıq memorandumu imzalanması ilə davam edib.
Konfransın yekununda Qırğızıstan yazıçısı Çingiz Aytmatovun 95 illiyinə həsr olunmuş “Muzey işi və mühafizəsi mədəni dəyərlər kontekstində” mövzusunda müzakirələr aparılıb və konfrans iştirakçıları Çingiz Aytmatovun ev-muzeyini, “Ata-Beyit” muzeyini, Çingiz Aytmatovun abidəsini ziyarət ediblər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.