Milli Azərbaycan Tarix Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin əməkdaşı Nərmin Qasımlı, Azərbaycan tarixinin populyarlaşdırılması və ekskursiyaların təşkili şöbəsinin əməkdaşları Ayşən Hüseynova Sara Əhmədova ABŞ-ın Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil İşləri Bürosunun dəstəyi və Azərbaycan Milli Elmlər Akademiyasının layihəsi əsasında təşkil edilən “Virtual educator” ingilis dili proqramını uğurla başa vurmuşlar.
Sonda proqram iştirakçıları AMEA birinci vitse-prezidenti Arif Həşimov və ABŞ-ın Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil İşləri Bürosunun Mədəni işlər üzrə müşaviri Salman Hajı tərəfindən sertifikatlarla təltif olunmuşlar.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.