Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədovanın “Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş xatirə sikkələri” adlı məqaləsi “Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalınının (c.6, N 2, Bakı, “Elm və bilik PZ” Nəşriyyat Poliqrafiya müəssisəsi, 2023, s. 10 – 18; elmi redaktor: dosent Ə.M.Məlikov) yeni sayında nəşr edilmişdir (rus dilində). Məqalədə Ümummilli Lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevə (1993 - 2003) həsr edilmiş müxtəlif metallardan istehsal edilən fərqli çəkili və nominallı sikkələr haqqında məlumat verilmişdir. Müasir Avropa zərbxanalarında belə sikkələrə zərb ili, sikkə nominalı ilə yanaşı dahi şəxsiyyətin təsviri, dövlətçilik rəmzləri və müxtəlif yazılar həkk edilmişdir.
Məqalə haqqında ətraflı linkdə
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.