Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza məxsus materialların toplanmasında, qorunub nümayiş etdirilməsində, təbliğində və gələcək nəsillərə ötürülməsində mühüm missiyanı həyata keçirir.
Hazırda təqdim etdiyimiz, muzeyə yeni daxil olmuş materiallar 2016-cı ildə baş vermiş Aprel döyüşləri şəhidlərinin şəxsi əşyalarıdır. Azərbaycanın Milli Qəhrəmanı, şəhid mayor Samid İmanovun şəxsi əşyaları- hərbi kompası, qan qrupu rezus faktoru nişanı, isimlik, gizir Elimdar Səfərovun hərbi şücaətini əks etdirən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı və vəsiqəsi Neftçala rayonunda şəhidlərin ailələri tərəfindən muzeyin əməkdaşı Gülnar Fərhadovaya təqdim edilmiş və muzeyin Vətən müharibəsi fonduna təhvil verilmişdir.
Qeyd edək ki, sözügedən eksponatlar muzeyin yeni qurulan ekspozisiyasında nümayiş olunacaq.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.