Misir, Suriya, İraq və Əlcəzair KİV-lərində Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, prof.dr Nərgiz Əliyevanın xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə yazdığı “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı məqaləsi yayımlanıb. “Əl-aləm əl-arabi”, “Əl-Hərir”, “Agnaden” və s. mətbuat orqanlarında yayılan məqalədə müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin siyasəti sayəsində ölkəmizin bütün sahələrində olduğu kimi, mədəniyyət sahəsində də inkişafa nail olunduğu qeyd edilir. Diqqətə çatdırılır ki, məhz Ulu Öndərin yorulmaz fəaliyyəti nəticəsində respublikamızda mədəniyyət sahələrində, o cümlədən muzey işində tərəqqi baş verib, mütəxəssis kadrlar yetişib. Mərhum prezident ölkəmizdə və ondan xaricdə görkəmli ədib və şairlərimizin təbliğinə diqqət yetirib, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin yubileylərinin təntənəli şəkildə ölkəmizdə qeyd olunmasına nail olub. Məqalədə bildirilir ki, hazırda bu nəcib işi Prezident İlham Əliyev uğurla yerinə yetirir. Həmçinin, müəllif məqalədə Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın xalqımızın mənəvi-mədəni dəyərlərinin qorunmasında və təbliğində göstərdiyi xidmətləri barədə də məlumat verib.
Ətraflı linkdə
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.