1875-ci ilin 22 iyul tarixində görkəmli maarifçi, publisist Həsən bəy Zərdabinin təsisçisi olduğu “Əkinçi” qəzetinin çapı ilə Azərbaycan milli mətbuatının təməli qoyuldu və xalqımızın milli oyanışında yeni səhifə açıldı. Maarifçilik ideyalarının daşıyıcısı olan “Əkinçi” qəzeti milli təfəkkürlü ziyalıların yetişməsində böyük xidmətlər göstərdi. XX əsrin əvvəllərində Azərbaycanda 200-dən çox dövri mətbuat orqanı nəşr edildi. Bu dövrdə ilk milli jurnal-“Molla Nəsrəddin”, ilk qadın qəzeti- “İşıq”, ilk uşaq jurnalı- “Dəbistan” dərc olundu.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. Mətbuat günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasında yer alan, Azərbaycanın mətbuat tarixini əks etdirən eksponatları təqdim edirik.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.