Tarixi materiallar toplusu- “Çapar” jurnalının yeni sayında muzeyin elmi işlər üzrə direktor müavini, t.e.d., dosent Fərhad Cabbarovun Azərbaycanın milli mətbuatının böyük nümayəndəsi, tanınmış maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadə haqqında geniş yazısı təqdim olunub. Nəşrdə Ö.F.Nemanzadənin muzeydə qorunan materialları da yer alıb. Tədqiqatçı-alim F.Cabbarov qeyd edib ki, “muzeyə hədiyyə edilən materialların əksəriyyəti Ö.F.Nemanzadənin özünə və ailə üzvlərinə aid fotoşəkillərdir. Bunlar arasında ən “yaşlısı” Ö.F.Nemanzadənin 1870-ci illərin sonu-1880-ci illərin əvvəlində, Ahalsıxda çəkdirdiyi şəkildir”.
Xatırladaq ki, Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən muzeyin kolleksiyası əsasında Ö.F.Nemanzadəyə həsr olunmuş fotoalbom hazırlanmışdır. F.Cabbarovun və Ö.F.Nemanzadənin nəticəsi Ülviyyə Pepinovanın tərtibçisi olduğu fotoalboma böyük maarifçinin varisləri tərəfindən muzeyə hədiyyə olunmuş nadir fotoşəkillər, həmçinin vaxtilə muzey əməkdaşları tərəfindən toplanan digər materiallar daxil edilmişdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.