Birinci Qarabağ müharibəsi şəhidi Etibar Bəkirov 4 sentyabr 1964-ci ildə Bakı şəhərində anadan olub. 1971-1981-ci illərdə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən 104 saylı tam orta məktəbdə təhsil alıb.
1993-cü ildə könüllü olaraq Azərbaycan Milli Ordusunda hərbi xidmətdə olub. Həmin ilin noyabrın 15-də Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. 5 yanvar 1994-cü ildə qəhrəmancasına şəhid olub, Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.
Qeyd edək ki, şəhid Etibar Bəkirova aid materiallar (kamuflyaj rəngli hərbi səhra geyimi- şalvar, 1 ədəd rəngli fotoşəkil, onun haqqında qəzetlərdə gedən məlumatlar (”Samur” qəzeti, 22 may 1998. səh.-7 və “Yeni Azərbaycan” qəzeti, 4 oktyabr 1997.səh.-4) Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda qorunur.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.