Bu gün, 7 sentyabr muzeyin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Gülzadə Abdulova, Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova, Türkiyə Cümhuriyyəti Aydın Adnan Menderes Universitetinin professoru Ahmet Aytaç AZTV-nin “Səhərçağı” verilişinin qonağı olublar. Z.İsmayılova çıxışında qeyd edib ki, Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan tarixinin bütün dövrlərini əhatə edən dəyərli, tarixi əhəmiyyətli materialların toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan həm elmi tədqiqat müəssisəsi, həm də muzey kimi fəaliyyət göstərir. Z.İsmayılova muzeydə sərgilərin keçirilməsi ilə yanaşı, muzeyin yerli və beynəlxalq konfranslara da ev sahibliyi etdiyini vurğulayıb. Sonra professor Ahmet Aytaç muzeydə son iki gündə birgə təşkilatçılqla keçirilmiş, 100-ə yaxın yerli və xarici alimlərin qatıldığı, muzeyin direktoru, akademik Nailə Vəlixanlıya həsr olunmuş “17-ci Beynəlxalq türk sənəti, tarixi və folkloru” adlı konfrans haqqında ətraflı məlumat verib.
Sonda etnoqraf G.Abdulovanın təsisçisi olduğu “Alaca” milli geyim evinin təqdimatında Azərbaycanın milli geyimləri adlı dəfilə izlənilib. Tədqiqatçı-alim G.Abdulova dəfilə zamanı Azərbaycanın geyim mədəniyyətində özünəməxsusluğu və zənginliyi ilə seçilən, xalqımızın tarixini, adət-ənənələrini özündə əks etdirən Qarabağ geyimləri haqqında izləyicilərə geniş məlumat verib. Həmçinin, etnoqraf qeyd edib ki, milli geyimlərimiz xalqımızın uzun əsrlərin sınağından çıxarıb günümüzə qədər daşıdığı mədəni mirasın ən mühüm atributlarından biridir.
Ətraflı keçiddə
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.