Avqustun 6-da Moskvada Xantı-Mansiysk Geologiya, Neft və Qaz Muzeyinin (Rusiya Federasiyası) təşkilatçılığı ilə Milli Azərbaycan Tarixi Muzeyinin üzvü olduğu, Neft-qaz sənayesinin tarixini qoruyan muzeylər və şirkətlər Assosiasiyasının ilk tədbiri keçirilib. Tədbirdə muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin elmi işçisi, t.ü.f.d. Fuad Ağayev iştirak edib (onlayn). Fuad Ağayev çıxışında bildirib ki, bu kimi tədbirlərin keçirilməsi Assosiasiyanın gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edir, çünki bu birlik neft və qaz muzeylərini vahid bir təşkilat altında birləşdirəcək.
Yekunda Rusiya və Azərbaycanın dövlət və korporativ muzeylərinin, neft-qaz şirkətlərinin, ali təhsil müəssisələrinin və Rusiya Elmlər Akademiyasının institutlarının nümayəndələri Assosiasiyanın gələcək inkişafı üçün bir sıra məsələləri müzakirə edib.