Bu gün, Milli Azərbaycan Tarixi Muzeyində yaponiyalı azərbaycanşünas, tədqiqatçı Yorika Tsutsumi ilə görüş keçirilib. Görüşdə muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini, baş mühafiz, t.ü.f.d., dosent Məhfuzə Zeynalova və muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova iştirak edib. Görüş zamanı Yorika Tsutsuminin Azərbaycanın tarixi, ədəbiyyatı ilə bağlı tədqiqatında araşdırdığı məsələlərə toxunulub və verilən suallar muzeyin əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.
Səmərəli söhbətdən sonra yaponiyalı tədqiqatçı Y.Tsutsumi məşhur xeyriyyəçi, böyük neft sahibkarı H.Z.Tağıyevin ev-muzeyini ziyarət edib və xoş təəssüratlarını bölüşüb.
Sonda Yorika Tsutsumiyə muzeyin dəyərli eksponatları əsasında hazırlanmış nəşrləri hədiyyə edilib.