XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
15 Sentyabr, 2023
Muzeydə XX əsr Azərbaycan maarifçilərindən biri olan Mədinə Qiyasbəyliyə aid fotoşəkillər qorunur

Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi materiallar fondunda Azərbaycanın maarif xadimi, pedaqoq, jurnalist, tərcüməçi Mədinə Qiyasbəyliyə aid fotoşəkillər qorunur.

Mədinə Qiyasbəyli 1889-cu ilin aprelində Qazax qəzasının Salahlı kəndində anadan olub. Mədinə Qiyasbəyli ilk təhsilini evdə valideynlərindən alıb, sonra Tiflisdə “Müqəddəs Nina” qız məktəbində təhsilini davam etdirib.

Təhsilə böyük dəyər verən Mədinə Qiyasbəyli yaşadığı kənddə qızlar üçün məktəb açmaq qərarına gəlir. Bacarığı və savadı ilə tez bir zamanda tanınan Mədinə Qiyasbəyli Bakıya köçür və 1920-ci ilin martında savad kursunun açılmasına nail olur. Martın 10-da kursu milli hökümətin qərarı ilə rəsimləşdirir. Sonra Darülmüəllimat-qız məktəbləri üçün ibtidai sinif müəllimləri hazırlayan ilk pedaqoji təhsil ocağını yaradır. “Şərq qadını” jurnalının təsisçilərindən biri kimi savadsızlığa qarşı mübarizəyə qoşulur. Görkəmli pedaqoq, həmçinin, tərcüməçi kimi də fəaliyyət göstərirdi. M.S.Ordubadinin və başqa ədiblərin bəzi əsərlərini Azərbaycan dilindən rus dilinə tərcümə etmişdir.

Mədinə Qiyasbəyli 1936-cı ilin dekabrında həbs olunmuş, iki ildən sonra güllələnmişdir. Mədinə Qiyasbəyli haqqında çıxarılmış ədalətsiz hökm 24 avqust 1956-cı ildə Azərbaycan Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyası tərəfindən ləğv edilmiş və ona ölümündən iki il sonra bəraət verilmişdir.