Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı, t.ü.f.d., dosent Əli Fərhadovun “Azərbaycan” qəzetində (1947-1949) milli publisistika və maarifçiliyə baxış" adlı məqaləsi Türkiyənin beynəlxalq indeksli "Bengi Dünya Yörük-Türkmən Araşdırmaları" jurnalının 2023-cü il 2-ci sayında çap edilib. Məqalədə Azərbaycan Demokrat Firqəsinin orqanı olan “Azərbaycan” qəzetinin Bakıda çıxmış 1947-1949-cu il nömrələri əsasında İranda və Azərbaycanda milli maarifçiliyə baxış təqdim edilmişdir. Həmin qəzetdə Qacar və Pəhləvi diktaturasına qarşı mübarizə, sovet hökuməti ilə əlaqələr, ictimai-siyasi, sosial-iqtisadi, dini, mədəni, ideoloji proseslərə baxış, dövrün ziyalılarının əsərlərindən nümunələr və s. mövzularda yazılar yer alır. Məqalədə mövzunun geniş təqdimi üçün qəzetin Təbrizdə çıxmış 1945-1946-cı il nömrələrindən, o cümlədən dövrün tarixini işıqlandıran digər qaynaqlardan, müxtəlif ədəbiyyatlardan istifadə edilmişdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.