Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı, t.ü.f.d., dos. Əli Fərhadov AMEA Məhəmməd Füzuli adına Əlyazmalar Institutunda keçirilmiş beynəlxalq elmi-nəzəri konfransda məruzə ilə çıxış edib (onlayn). "Orta əsrlərdə Azərbaycan türkcəsində yazılmış dini-fəlsəfi mətnlərə dair" adlı məruzədə Şeyx Səfiəddin Ərdəbili, Seyid Yəhya Bakuvi, İmadəddin Nəsimi və s. azərbaycanlı mütəfəkkirlərin əsərlərindən və Azərbaycanda ilk Quran tərcümələrindən bəhs olunub. Məruzə maraqla qarşılanıb. Konfrans Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində “Əlyazmalar kitabı Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələr kontekstində” mövzusunda təşkil edilmişdir. Məruzələr toplusunun nəşr edilməsi nəzərdə tutulub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.