1913-cü il oktyabr ayının 25-də Azərbaycanın musiqi tarixinə dəyərli töhfələr vermiş, dahi bəstəkar Üzeyir Hacıbəylinin dördpərdəli “Arşın mal alan” operettası ilk dəfə məşhur xeyriyyəçi, böyük neft sahibkarı Hacı Zeynalabdin Tağıyevin Teatrında tamaşaya qoyulmuşdur. Üzeyir Hacıbəyli dünya şöhrəti qazanmış “Arşın mal alan” operettasında xalq mahnı-rəqs və muğam ənənələrini sintezləşdirərək yeni vokal üslub yaratmışdır. Xatırldaq ki, UNESCO Baş Konfrasının qərarı ilə dünya musiqi sənətinin ən populyar əsərlərindən sayılan “Arşın mal alan” operettasının 100 illik yubileyi 2013-cü ildə beynəlxalq səviyyədə qeyd edilmişdir.
Əlamətdar günlə bağlı Milli Azərbaycan Tarixi Muzeyinin dəyərli eksponatı “Arşın mal alan” operettasının afişasını təqdim edirik.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.