25 oktyabr tarixində Özbəkistan Respublikası Elmlər Akademiyası Özbəkistan Tarixi Dövlət Muzeyi tərəfindən “Muzeylər: ənənə inteqrasiyaları, novasiyalar və renovasiyalar” beynəlxalq elmi-praktiki konfrans keçirilib. Bir sıra ölkələrin tədqiqatçılarının, alimlərinin iştirak etdiyi konfransda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları- Numizmatika fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova “Azərbaycanın Masallı rayonunda aşkarlanan Samani sikkələri”, İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi “Milli Azərbaycan Tarixi Muzeyində tədris-əyləncə proqramlarının yeni formaları” və Arxeologiya elmi-fond şöbəsinin elmi işçisi, t.ü.f.d. Emin Məmmədov “Müasir dünyada muzey işinin inkişafı” adlı məruzələrində muzeylərdə qorunan maddi-mədəniyyət nümunələri və digər materiallar, onların müasir tədqiqi və təbliği, həmçinin yeni tələblərə müvafiq muzey fəaliyyəti haqqında məlumat veriblər (fotoslaydın müşayiətilə, onlayn).
Konfrans məqalələrinin nəşri nəzərdə tutulub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.