XƏBƏRLƏR
31 Oktyabr, 2023
Muzeyin “Arxeo” klubunun “Qazıntıdan fonda” adlı tədbiri keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən “Arxeo” klubun “Qazıntıdan fonda” adlı tədbiri keçirilib. Budəfəki tədbirin qonaqları Azərbaycan Kooperasiya Universitetinin “Muzey, arxiv işi və abidələrin mühafizəsi” ixtisası üzrə təhsil alan III kurs tələbələri olub. Tədbirdə muzeyin əməkdaşları- elmi katib , t.ü.f.d., dos. Sevinc Nəsirova, Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dos. Nasir Quluzadə, Sənədli məbələrin elmi fond şöbəsinin müdiri Esmira Rəhimova, Azərbaycan Kooperasiya Universitetinin Menecment və marketinq fakültəsinin dekanı i.ü.f.d. Eldəniz Məhərrəmov və universitetin müəllimi Ramin Bayramov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Esmira Rəhimova tələbələrə sözügedən klubun tarixi haqqında geniş məlumat verib. E.Rəhimova qeyd edib ki, “Arxeo” klubun yaradılmasında əsas məqsəd gənclərə milli-mənəvi dəyərlərimizi daha da sevdirmək, onların arxeologiya sahəsində biliklərini artırmaq, maddi-mədəni irsimiz və tarixi abidələrimiz haqqında təsəvvürlərini zənginləşdirməkdən ibarətdir.
Daha sonra Nasir Quluzadə “Qazıntıdan fonda” mövzusunda muzey əməkdaşlarının ilk arxeoloji qazıntılarından, muzeyin Arxeologiya şöbəsinin tarixindən bəhs etmiş, eləcə də arxeoloji materialların muzeyə daxil olması, mühafizəsi haqqında mühazirə ilə çıxış etmişdir. Mühazirə ilə bağlı tələbələri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Qeyd edək ki, sözügedən tədbir Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Kooperasiya Universiteti arasında 30 noyabr 2022-ci il tarixində imzalanmış memorandum çərçivəsində həyata keçirilmişdir.
Bu gün Vətən Müharibəsi şəhidi İlkin Əhədzadənin doğum günüdür
İlkin Əhədzadə Qələmşah oğlu 1985-ci il iyunun 26-da Bakı şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövl...
Muzeyin əməkdaşı İctimai Radioda çıxış edib
26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümo...
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür
1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul etmiş, Azər...
Muzeyin direktoru və direktor müavini Monqolustanda keçirilən Avrasiya muzeylərinin I Beynəlxalq Forumunda iştirak ediblər
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini - baş müh...
Muzeyin bərpaçı-rəssamının əsərləri sərgidə nümayiş olunub
Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı-rəssamı Rəvanə Abbassoy Azərbaycan Respublikasındakı Yunus Emre İnstitutunun təşkil etdiyi təzhib və miniatü...
Muzeyin kitabxanasında Azərbaycanın neft sənayesi haqqında kitab qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının Nadir Kitablar fondunda Ye.İ. Startsevin "Bakı Neft Sənayesi. Tarixi-Statistik Oçerk" (1886-cı il) ki...
Bu gün Vətən Müharibəsi şəhidi Rahib Babayevin doğum günüdür
Rahib Bəxtiyar oğlu Babayev 1985-ci il iyunun 19-da Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Külüs kəndində anadan olub. Orta təhsilini burada al...
Muzeydə şəhid tibb işçilərinə aid materiallar qorunur
17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günüdür. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri d...