XƏBƏRLƏR
09 Noyabr, 2023
9 noyabr- Bayraq Günü
Bu gün, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı günüdür. Üçrəngli şanlı bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü təsis edilib. Həmin gündən Azərbaycan Cümhuriyyəti hökumətinin Dövlət Bayrağını qəbul etdiyi gün - noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Xatırladaq ki, 2020-ci il 8 noyabr tarixində Vətən Müharibəsi zamanı Şuşa şəhərinə sancılan bayraq “Zəfər bayrağı” elan olundu. Şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsinin “Zəfər bayrağı” 2020-ci il debkabrın 10-da Bakıda Azadlıq Meydanında Zəfər paradında nümayiş olundu.
Bayraq Günü həm də “Gültəkin Ana” deməkdir. Gültəkin Ana 1988-ci ildə müstəqillik uğrunda mübarizə aparan Meydan hərəkatı üçün bayraqlar tikirdi. Əlamətdar günlə bağlı 12 iyun 2023-cü il tarixində Milli Azərbaycan Tarixi Muzeyində qorunan, Gültəkin Ananın Meydan hərəkatı üçün tikdiyi üçrəngli Azərbaycan bayrağını təqdim edirik. Bayrağın aşağı hissəsinə “17.11.88”, “Gültəkin ana “ sözləri yazılıb. Bayraq göy, qırmızı, yaşıl rəngli zolaqlardan ibarətdir, kənarlarında isə sarı rəngli saçaqlar tikilib.
Qeyd edək ki, sözügedən tarixi əhəmiyyətli eksponat muzeyin yeni ekspozisiyasında nümayiş olunacaq.
Bu gün Vətən Müharibəsi şəhidi İlkin Əhədzadənin doğum günüdür
İlkin Əhədzadə Qələmşah oğlu 1985-ci il iyunun 26-da Bakı şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövl...
Muzeyin əməkdaşı İctimai Radioda çıxış edib
26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümo...
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür
1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul etmiş, Azər...
Muzeyin direktoru və direktor müavini Monqolustanda keçirilən Avrasiya muzeylərinin I Beynəlxalq Forumunda iştirak ediblər
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini - baş müh...
Muzeyin bərpaçı-rəssamının əsərləri sərgidə nümayiş olunub
Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı-rəssamı Rəvanə Abbassoy Azərbaycan Respublikasındakı Yunus Emre İnstitutunun təşkil etdiyi təzhib və miniatü...
Muzeyin kitabxanasında Azərbaycanın neft sənayesi haqqında kitab qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının Nadir Kitablar fondunda Ye.İ. Startsevin "Bakı Neft Sənayesi. Tarixi-Statistik Oçerk" (1886-cı il) ki...
Bu gün Vətən Müharibəsi şəhidi Rahib Babayevin doğum günüdür
Rahib Bəxtiyar oğlu Babayev 1985-ci il iyunun 19-da Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Külüs kəndində anadan olub. Orta təhsilini burada al...
Muzeydə şəhid tibb işçilərinə aid materiallar qorunur
17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günüdür. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri d...