XƏBƏRLƏR
16 Noyabr, 2023
Muzeyin əməkdaşları Səmərqənddə “Özbəkistanın mədəni irsi-yeni intibahın təməli” adlı konqresdə çıxış edib
Özbəkistanın Səmərqənd şəhərində Mədəniyyətin Öyrənilməsi, Qorunması və Yayılması üzrə Ümumdünya Birliyinin təşkilatçılığı ilə “Özbəkistanın mədəni irsi- yeni intibahın təməli” adlı VII Beynəlxalq Konqres keçirilib. Konqresə bir çox ölkələrin və TÜRKSOY beynəlxalq mədəniyyət təşkilatının elm və mədəniyyət nümayəndələri qatılıb.
Milli Azərbaycan Tarixi Muzeyinin Muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini- baş mühafiz, t.ü.f.d, dosent Məhfuzə Zeynalova və Xüsusi fondun müdiri, t.ü.f.d., dosent Afət Rüstəmbəyova sözügedən konqresdə iştirak edib. M.Zeynalova “Milli Azərbaycan Tarixi Muzeyinin özbək kolleksiyası” adlı məruzə ilə çıxış edərək, muzeyin fondlarında qorunan, Azərbaycan-Özbəkistan tarixi-mədəni əlaqələrini əks etdirən eksponatların əhəmiyyətindən bəhs edib. Məruzə iştirakçılar tərəfindən böyük maraqla dinlənilib.
Vende Muzeyinin direktoru və əməkdaşları Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər
ABŞ-ın Kaliforniya ştatının Kalver-Siti şəhərində yerləşən Vende Muzeyinin (Wende Museum) təsisçisi və icraçı direktoru Castin Cəmpol (Justinian Jampo...
Milli Azərbaycan Tarixi Muzeyi ilə Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu arasında əməkdaşlıq memorandumu imzalanıb
Sənəd iki muzey arasında elmi və peşəkar əlaqələrin inkişaf etdirilməsini, muzey işi sahəsində təcrübə mübadiləsinin aparılmasını, elmi-tədqiqat və tə...
Milli Azərbaycan Tarixi Muzeyində «Mavi Günbəzin sirri» adlı beynəlxalq sərgi açılacaq
30 sentyabr 2026-cı il tarixində Bakı şəhərində, Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının “Əzrət Sultan” Milli Tarixi-Mədəni Muzey...
Muzeyin əməkdaşı beynəlxalq muzey konqresində məruzə ilə çıxış edib
18–21 may 2026-cı il tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi və Qazaxı...
Muzeyin əməkdaşı beynəlxalq simpoziumda onlayn iştirak edib
20–21 may 2026-cı il tarixlərində Qazaxıstanın Almatı şəhərində “Türk incəsənəti, tarixi və folkloru” adlı XX Beynəlxalq Simpozium keçirilib. Simpoziu...
Muzeyin əməkdaşı Sankt-Peterburqda keçirilən beynəlxalq dəyirmi masada iştirak edib
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov 11–17 may 2026-cı il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində...
Muzeydə Beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda seminar-qrup-işi (work-shop) keçiriləcək
13 may 2026-cı il tarixində saat 14:00-da Milli Azərbaycan Tarixi Muzeyində “Mədəniyyətlərarası körpü: Muzeyin beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzus...
Muzeyin nəşrləri Britaniya Kitabxanasında
Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən nəşr olunan Qafqaz Albaniyasının xristian abidələri haqqında monoqrafiya, həmçinin muzeyin etnoqrafik kollek...